24 November 2025

Beyrutda insanlar İsrail hücumlarına etiraz edib

Beyrutda insanlar İsrailin Dahiya bölgəsinə hücumuna etiraz etmək üçün Livanın paytaxtı Beyrut küçələrinə çıxıblar.

Sionist rejiminə qarşı şüarlar səsləndirən Livan vətəndaşları heç bir etnik qrupun İsrail təcavüzündən təhlükəsiz olmadığını vurğuladılar.

Beyrut nümayişində iştirak edən vətəndaşlar bu gün iştirakımızın məqsədinin atəşkəsə çağırmaq və Livana qarşı təcavüzə son qoyulmasını təmin etmək olduğunu bildirdilər.

Müxtəlif təbəqədən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni Hüseyniyyəsində Həzrət Fatimə Zəhranın (s.ə.) şəhadət mərasimi keçirildi

Həzrət Fatimə Zəhranın (s.ə.) şəhadət gecəsi ilə eyni vaxtda bu gün axşam (bazar ertəsi axşamı) İmam Xomeyni Hüseyniyyəsində əza mərasimlərinin üçüncü gecəsi minlərlə insanın, eləcə də üç hakimiyyət qolunun rəhbərləri də daxil olmaqla bir sıra rəsmilərin iştirakı ilə keçirilib.

Afiəddin Məmmədov: “Cəzaçəkmə Müəssisəsi 800 nəfər üçün olsa da, 1800 məhkum saxlanılır”

Həbsdə olan işçi hüquqları fəalı Afiəddin Məmmədov ictimaiyyətə məktub ünvanlayıb.

Yaxınları tərəfindən ictimailəşdirilən məktubda A.Məmmədov saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların bir sıra hüquqlarının məhdudlaşdırıldığını iddia edir.

Onun sözlərinə görə, daha əvvəl saxlanıldığı Bakı İstintaq Təcridxanası və Umbakı Penitensiar Kompleksindən fərqli olaraq, 2 saylı müəssisədə məhkumlara həftədə bir dəfə görüntülü zəng imkanı verilmir.

İraq torpaqları üçün ən ağır qiyməti ödəyən şiələrdir

Ayətullah Seyid Hadi əl-Müdərrisi təxminən bir ay əvvəl verdiyi video çıxışında İraqı ciddi təhlükələrin gözlədiyini bildirmişdi. O, Türkiyənin dəstəyi ilə Mosul vasitəsilə İraq xalqına qarşı müəyyən planların həyata keçirildiyini bildirmişdi. Müdərrisi Ərdoğanın rolunu Səddamın roluna bənzədərək, Səddam dövründə yüzlərlə alimin və minlərlə kişi və qadının qətliamını xatırlatmışdı. O, bütün bu addımların əsas məqsədinin Bağdada çatmaq olduğunu iddia etmişdi.

Homsda komendant saatı elan edilib

Suriyanın Homs əyalətində baş verən iki qətl hadisəsindən sonra təhlükəsizlik rəsmiləri saat 17:00-dan 05:00-dək komendant saatı elan ediblər.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Daxili Təhlükəsizlik Komandanlığı Homsun Zeydel şəhərində bir kişi və bir qadının öldürülməsindən sonra müvəqqəti komendant saatı tətbiq edib.

"Real Madrid" xal itirdi

İspaniya La Liqasında XIII turun oyunları davam edir.

Günün son matçında "Elçe" öz meydanında "Real Madrid"i qəbul edib.

"Kral klubu" bu turda da xal itkisi ilə üzləşib. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Bakıda biznes mərkəzində partlayış baş verib, xəsarət alanlar var, 7 nəfər xilas edilib

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.

İnanclı qadınların həbsinə etiraz edən siyasi məhbus ağzını tikib

Siyasi məhbus Elman Şeydayev barələrində cinayət işi başladılan 6 inanclı xanımın saxlanılmasına etiraz edərək ağzını tikib. Bununla da o, avqustun 16-da saxlanılan qadınların həbs müddətinin növbəti dəfə artırılaraq onları cinayət işinə cəlb edilməsinə öz etirazını bildirib.

Elman Şeydayev 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılılır və bu addımından sonra vəziyyətinin ağırlaşdığı bildirilir.