23 November 2025

İsrail Hizbullah Hərəkatının Baş Qərargah rəisini öldürməsi haqda məlumat yayıb

İsrail Hizbullah Hərəkatının Baş Qərargah rəisi Abu Əli Tabtabaui İsrail pilotsuz uçuş aparatının zərbəsi nəticəsində Beyrutda öldürməsi haqqında məlumat yayıb.

Bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Abu Gli Tabtabaui Naim Qasimdən sonra Hizbullahın ikinci şəxsi statusundadır.

"Barsa" "Kamp Nou"ya qayıdışını darmadağınla qeyd etdi

İspaniya La Liqasının 13-cü turunda “Barselona” iki ildən sonra yenilənmiş doğma “Kamp Nou” stadionunda "Atletik Bilbao"nu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 4-cü dəqiqədə Robert Levandovski açıb. İlk hissənin əlavə vaxtında və 90-cı dəqiqədə fərqlənən Ferran Torres dubl edib. Komandanın digər qolunu isə 48-ci dəqiqədə Fermin Lopez vurub.

Həzrət Fatimənin (s.ə) şəhadəti münasibətilə keçirilən əzadarlıq mərasiminin ikinci gecəsi Ali Rəhbərin iştirakı ilə baş tutub

Həzrət Fatimə Zəhra (s.ə) şəhadəti münasibətilə təşkil olunan əzadarlıq mərasiminin ikinci gecəsi bu gün axşam (şənbə gecəsi) İran İslam İnqilabının Ali Rəhbərinin və cəmiyyətin müxtəlif təbəqələrindən minlərlə insanın iştirakı ilə İmam Xomeyni Hüseyniyəsində keçirilib.

Vilayəti: İraqdakı seçkilər düşmənlərin sui-qəsdlərini məyus etdi

İslam İnqilabının Liderinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti: "İraqdakı seçkilər düşmənlərin sui-qəsdlərini puç etdi" deyib.

İslam İnqilabının Liderinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti Tehranda İraq Milli Hikmət Hərəkatının sədr müavini Seyid Möhsün Həkim ilə görüşüb.

Donald Tramp müharibəyə başlamayan yeganə ABŞ Prezidentidir - iddiası yanlışdır

Prezident İlham Əliyev iddia edib ki, Donald Tramp yeni müharibəyə başlamamış yeganə ABŞ Prezidentidir.

 

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb

ABŞ formal müharibələri çox nadir hallarda elan edir. Belə ki, quruluşundan bəri ABŞ yalnız 5 dəfə rəsmi şəkildə müharibə elan edib: 1812-ci il müharibəsi; Meksika-Amerika müharibəsi (1846); İspaniya-Amerika müharibəsi (1898); Birinci və İkinci Dünya Müharibələri

İndoneziyanın ən böyük islam təşkilatında böhran: rəhbərin istefası tələb olunur

İndoneziyanın və dünyanın ən böyük islam təşkilatı hesab edilən Nahdatul Ulama (NU) rəhbəri Yəhya Xəlil Ştakuif ciddi tənqidlər və daxili təzyiqlərlə üzləşib. Səbəb isə onun avqust ayında təşkilatın daxili təlim tədbirinə İsraili açıq şəkildə dəstəkləyən amerikalı alim Piter Berkovitsi dəvət etməsi olub.

Londonda “Palestine Action” dəstəyi: Polis müdaxilə etdi, onlarla saxlanılan var

Londonda “Palestine Action” qadağasına qarşı aksiyada gərginlik

Böyük Britaniyanın paytaxtı Londonun Tavistok meydanında “Palestine Action” təşkilatına dəstək məqsədilə keçirilən aksiya polis müdaxiləsi ilə nəticələnib. İyul ayında “qadağan edilmiş təşkilat” elan olunan qrupun müdafiəsi üçün toplaşan yüzlərlə etirazçı yasağın ləğvini tələb edib.

 

Müqavimət kampaniyaları və artan saxlanılmalar

İsrail Qəzzaya növbəti dəfə atəşkəsi pozaraq hücum edib

İsrail ordusunun Qəzza zolağının müxtəlif şəhərlərində həyata keçirdiyi hücumlarda ən azı 8 fələstinli həyatını itirib, çox sayda insan yaralanıb.

Bu barədə Qəzza Mülki Müdafiə Müdirliyi açıqlama yayıb.

Bildirilib ki, Qəzza şəhərinin qərbindəki Əl-Abbas qovşağında mülki avtomobilə hücum edilib: “Mülki müdafiə qrupları hədəf alınan avtomobildən 3 fələstinlinin cəsədini çıxarıb. Hücum nəticəsində yaralananlar da olub”.

"Qalatasaray" çətin qələbə qazanıb

Türkiyə Super Liqasında XII tura start verilib.

Lider "Qalatasaray" evdə "Gençlerbirliyi"ni qəbul edib.

Gərgin keçən matçda meydan sahibləri 3:2 qələbə qazanıb.

Qonaqlar matçın 60-cı dəqiqəsində 10 nəfər qalıblar. "Gençlerbirliyi"nin futbolçusu Talisson Kelven qırmızı vərəqə ilə meydanı tərk edib. 90+4-cü dəqiqədə isə "cimbom"un oyunçusu Roland Sallai meydandan qovulub.

Sankt-Peterburq Əhli-beyt Hüseyniyyəsində cümə namazı qılınıb

Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Əhli-beyt Hüseyniyyəsində möminlərin iştirakı ilə növbəti cümə namazı qılınıb.

Cümə namazına Hacı Rüfət Məmmədov imamət edib. O, xütbələrində hələ də günlərini yaşadığımız Əyyami Fatimiyyəyə - Fatimə (s.ə.) günlərinə həsr edib. Belə ki, bu həftə də xatib Həzrət Peyğəmbərin (s) Xanım Zəhraya (s.ə.) verdiyi dəyər incələyib və o xanıma verilən Raziyyə (razı olan) sifətindən bəhs edib.