17 September 2025

“Amnesty International” Azərbaycanda həbsdə olan elmi tədqiqatçıların azadlığa buraxılması üçün kampaniyaya start verib

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Azərbaycanda həbsdə olan elmi tədqiqatçılar Bəhruz Səmədov və İqbal Əbilovun azadlığa buraxılması üçün kampaniyaya start verib.

Çempionlar Liqası: “Qarabağ” səfərdə “Benfika”nı məğlub edib

UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib.

Ağdamın "Qarabağ" klubu səfərdə "Benfika"nın qonağı olub.

Qurban Qurbanovun yetirmələri ilkin olaraq hesabda 2:0 geri düşsə də, 90 dəqiqənin sonunda geridönüş etməyi bacarıb - 2:3.

Ev sahiblərinin heyətində qolları Entso Barrenetsea və Vangelis Pavlidis vurub.

"Qarabağ"ın heyətində isə Leandro Andrade, Kamilo Duran və Aleksey Kaşuk fərqlənib.

Sabiq müdafiə naziri müavininin ittiham olunduğu 15 milyonluq yeyinti işində hökm oxunub

Sabiq müdafiə naziri müavini Fuad Məmmədov və daha iki şəxsin ittiham olunduğu 15 milyon manatlıq mənimsəmə işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Sentyabrın 17-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Azər Xəlilov 11 il, Fuad Şeydabəyov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

BMT-nin ali istintaq orqanı İsrailin soyqırımı törətdiyini deyir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin və İsrail üzrə ali istintaq orqanı sentyabrın 16-da açıqladığı qərarda İsrailin Qəzzada soyqırımı törətdiyini bildirib. 

BMT istintaq komissiyasının 72 səhifəlik hesabatında göstərilir ki, İsrail 1948-ci ildə qəbul olunmuş Soyqırımı haqqında Konvensiyada qadağan olunan beş əməldən dördünü törədib. 

İsrail Qəzzaya son iki gündə 150-dən çox zərbə endirib

İsrail Hərbi Hava Qüvvələri və artilleriya korpusları son iki gün ərzində Qəzza şəhərində HƏMAS-a məxsus etdiyi 150-dən çox hədəfə zərbə endirdiyini bildirir.

Bu barədə İsrail ordusu məlumat yayıb.

Qəzza şəhərini tərk edən fələstinlilərin sayının isə 400 000-i ötdüyü ehtimal olunur.

İsrail ordusu hərbi əməliyyatların davam etdiyini bildirib.

Xanım Məsumənin (s.ə.) Qum şəhərinə gəlişinin ildönümü qeyd edilib

İmam Kazimin (ə) qızı və İmam Rzanın (ə) bacısı Xanım Fatimeyi Məsumənin (s.ə) müqəddəs Qum şəhərinə gəlişinin ildönümü olan Rəbiul-əvvəl ayının 23-də hərəm minlərlə təbii çiçəklərlə bəzədilərək Xanımın gəlişi qeyd edilib. Aşiqlərin qatıldığı mərasim böyük həyəcan və sevgi gözəlliyi yaşayıb.

Hizbullah Nəsrullahın vəfatının 1-ci ildönümü ilə bağlı proqramını açıqlayıb

Hizbullah keçmiş baş katib Həsən Nəsrullah və İcraiyyə Şurasının keçmiş sədri Haşim Səfiyuddinin vəfatının birinci ildönümü ilə bağlı keçiriləcək anım proqramını açıqlayıb. Proqram sentyabrın 25-dən oktyabrın 12-dək “Yerinə yetirmə paktı” şüarı altında keçiriləcək...

KİV: Suriya və İsrail nümayəndələri Bakıda görüşəcək

Gələn həftənin cümə axşamı Bakıda Suriya və İsrail arasında təhlükəsizlik görüşü keçiriləcək.

Bu barədə “Sky News Arabia” məlumat yayıb.

ABŞ-ın “Axios” nəşri isə xəbər verib ki, İsrail Suriyaya yeni təhlükəsizlik sazişi layihəsi təqdim edib.

Layihədə Dəməşqdən İsrail sərhədinədək cənub-qərb istiqamətində xüsusi bölgülər nəzərdə tutulub.

Çempionlar Liqası: "Real"dan qələbə, "Yuventus"dan heç-heçə

UEFA Çempionlar Liqasında əsas mərhələyə start verilib.

I turun ilk oyun günündə 6 görüş reallaşıb.

İspaniya təmsilçisi “Real Madrid” doğma meydanda Fransanın “Marsel” klubunu 2:1 hesabı ilə üstələyib.

İtaliya “Yuventus”u isə "Borussiya" ilə (Dortmund, Almaniya) 4:4 hesablı heç-heçə edib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi