11 September 2025

Azərbaycan qazının Ukraynaya nəqli dayandırılıb - KİV

Ukrayna Azərbaycan qazının Rumıniya vasitəsilə qəbulunu dayandırıb.

Bu barədə  "Starna.ua" nəşri məlumat yayıb.

Qaz nəqlinin dayandırılmasına səbəb kimi Moldova və Rumıniya ilə sərhəddə infrastrukturun zədələnməsi göstərilir.

Bildirilir ki, sentyabrın ilk ongünlüyündə ölkəyə 236 milyon kubmetr qaz daxil olub, lakin həcmləri Macarıstan, Slovakiya və Polşa təmin edib.

Azərbaycan millisi Belçikaya qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ilk oyununu keçirib.

B Liqasının A qrupunda yer alan yığma Belçikaya 5:4 hesabı ilə qalib gəlib.

Qarşılaşma İtaliyanın Viareccio şəhərində baş tutub.

Azərbaycanın heyətində Sabir Allahquliyev iki, Elçin Qasımov, Sahib Məmmədov və Ramil Əliyev hərəyə bir qol vurublar.

Bin Salman İsrailə qarşı hərəkətə keçməyə çağırıb

İsrailin Qətərə hücumundan sonra Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İsrailə qarşı addım atmağa çağırıb.

Səudiyyə Ərəbistanı Şura Şurasına müraciət edən bin Salman, "İşğalçı İsrail dövlətinin bölgədəki hücumlarını rədd edir və qınayırıq. Bunlardan sonuncusu Qətər Dövlətinə qarşı vəhşicəsinə hücumdur. Bu hücum ərəb, İslam və beynəlxalq səviyyədə tədbir tələb edir.

"Zərərçəkən" Azər Qasımlının ondan öz pulunu istədiyini etiraf edib

Sentyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, politoloq Azər Qasımlının növbəti məhkəmə prosesi keçirilib.

Hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkən qismində tanınan Qurbanəli Yusifov dindirilib. 

Cinayət işində iddia olunur ki, A.Qasımlı Q.Yusifovdan hədə-qorxu ilə pul tələb edib və "zərərçəkən" buna görə polisə müraciət edib. 

Azərbaycanlılar Ermənistan ərazisindən necə keçəcəklər

Azərbaycanlılar Ermənistan ərazisindən keçərkən hansısa yoxlamaya məruz qalacaqmı? AzadlıqRadiosunun erməni xidməti yazır ki, bu sualı müxalifətçi deputat Aqnesa Xamoyan sentyabrın 10-da parlamentdə baş nazir Nikol Paşinyana verib.

Deputat soruşub ki, Ermənistan sərhədçisi Sünikdən keçəcək azərbaycanlıların pasportlarını, Ermənistan gömrükçüsü onların baqajını yoxlayacaqmı?

Asiya Baharı dalğa kimi yayılır: İnsanlar liderləri devirir...

Cənubi Asiyada ictimai qəzəb artır... Şri-Lanka, Banqladeş və Nepalda iqtisadi böhranlara, korrupsiyaya və bərabərsizliyə cavab olaraq kütləvi etirazlar başlayıb. Nepalda 19 nəfər ölüb, baş nazir Oli istefa verib. Asiya baharı İndoneziya və Myanmaya da yayılıb.

Cənubi Asiyada son dörd ildə xalqın qəzəbini əks etdirən üç böyük hərəkat regionda siyasi tarazlığı sarsıtdı və üç ölkədə liderlərin getməsinə səbəb oldu.

Hollandiya İsrailin işğal etdiyi Fələstin ərazilərindən idxalı qadağan edir

Hollandiya İsrailin işğal etdiyi Fələstin ərazilərindən idxalı "mümkün qədər tez" qadağan etməyə hazırlaşır.

Hollandiyanın müvəqqəti hökumətinin yeni xarici işlər naziri David van Weel Nümayəndələr Palatasının sessiyasında işğal olunmuş ərazilərdən məhsulların milli idxalına qadağanın ən qısa zamanda həyata keçiriləcəyini bəyan edib.

Müsəlman birliyinin və həmrəyliyinin təzahürü: Cammu və Kəşmirdə Məhəmməd Peyğəmbərin (s) mövludu

Cammu və Kəşmirdə Məhəmməd Peyğəmbərin (s) mövlud tədbiri müxtəlif məzhəblərin geniş iştirakı ilə İslam ümmətinin birlik və həmrəylik mesajı və dünyanın məzlum xalqına, xüsusən də Fələstin xalqına dəstək mesajı çatdırılıb.

Qətər Dohaya hücumla bağlı İsrailə cavab veriləcəyini bildirib

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani İsrailin Dohada HƏMAS rəhbərlərinə qarşı həyata keçirdiyi hücuma cavab veriləcəyini bildirib.

O, bu barədə CNN-ə verdiyi müsahibədə danışıb.

Əl Tani veriləcək cavabın bölgə tərəfdaşları ilə müzakirə olunacağını qeyd edib.

“Qarabağ” dünya reytinqində 38 pillə irəliləyib

"Qarabağ" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya klublarının reytinq cədvəlində 96-cı pillədə qərarlaşıb.

Ağdam təmsilçisi 154,75 xala malikdir.

"Köhlən atlar" Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə sahibdir.

“Qarabağ” ötən ay açıqlanan siyahı ilə müqayisədə 17,50 xal artımına nail olub və 38 pillə irəliləyib.