24 May 2023

İmran Xan girov müqabilində azadlığa buraxılıb

Pakistanın Terrorla Mübarizə Məhkəməsi keçmiş baş nazir İmran Xanın mühakimə olunduğu 8 iş üzrə iyunun 8-dək girov müqabilində azadlığa buraxılmasına qərar verib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, milli medianın məlumatına görə, Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri İmran Xan mühakimə olunduğu işlərin dinləmələrində iştirak etmək üçün Lahordan paytaxt İslamabada gəlib.

Rafael Fiziyevin reytinq cədvəlindəki mövqeyi açıqlanıb

Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyevin öz kateqoriyası üzrə reytinq cədvəlindəki mövqeyi müəyyənləşib.

Operativtv.com Report-a istinadən məlumatına görə, 30 yaşlı idmançı yüngül çəkidə 6-cı pillədə yer alıb.

Martdakı döyüşdə ona qalib gələn ABŞ təmsilçisi Castin Geyci üçüncü sırada qərarlaşıb. Yüngül çəki üzrə reytinqə braziliyalı Çarles Oliveyra başçılıq edir. İkinci yerin sahibi amerikalı Dastin Poryedir.

Nyu-Cersidə müsəlmanlara qarşı diskriminasiya şikayətləri

ABŞ-ın ən böyük müsəlman vətəndaş hüquqları təşkilatı olan Amerika-İslam Münasibətləri Şurasının Nyu-Cersi bürosu “Məhkəmənin kənarında” adlı illik insan haqları hesabatını yayınlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatında müsəlmanlara qarşı diskriminasiya şikayətləri keçən 2022-ci ildə 46 faiz artıb.

Vilyam Hacıyevin 5 milyonluq əmlakı ilə bağlı yekun qərar

İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi ilə bağlı əmlakın müsadirə olunma qərarından ailə üzvləri tərəfindən verilmiş kassasiya şikayətinə baxılıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.

Aygün Hümbətova polisdə təhdid edildiyini iddia edir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalının həyat yoldaşı, üç azyaşlı və xəstə uşaq anası Aygün Hümbətova mayın 23-də səhər saat 10-da Zirə qəsəbəsində yerləşən evində saxlanılıb və Şüvəlan qəsəbə polis bölməsinə aparılıb. Bu barədə Turan-a Hümbətova özü bildirib.

Mayın 23-də günorta saat 12-də Hümbətova həyat yoldaşının 10 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz əlaməti olaraq təkbaşına aksiya keçirməyi planlaşdırırdı.

Türkiyənin 12 ticarət gəmisinin Ukrayna limanlarından təxliyəsi razılaşdırılıb

Türkiyənin 12 ticarət gəmisinin Ukrayna limanlarından təxliyəsi razılaşdırılıb.

Operativtv.com APA-nın İstanbul müxbirinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar NTV kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, prosesin tezləşdirilməsi üçün danışıqlar davam edir. Akar, həmçinin taxıl dəhlizinin fəaliyyətinin davam edilməsi üçün ölkəsinin xüsusi rolunun olduğunu da vurğulayıb.

İmam Hüseyn (ə) ziyarətgahına bağlı ürək xəstəlikləri xəstəxanası

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Hüseyn (ə) ziyarətgahına bağlı ilk ürək xəstəlikləri xəstəxanasının fəaliyyətə başlamasına az qalıb.

Ayətullah Sistaninin Kərbəladakı nümayəndəsi və İmam Hüseyn (ə) ziyarətgahının qanuni himayəçisi Şeyx Əbdülmehdi Kərbəlai bu xəstəxanadakı ümumi tikinti, təmir və quraşdırılma işinin gedişatına yerində baxış keçirmək üçün ora gedib.

Abbas Hüseynin məhkəməsi baş tutub

Bu gün Bakı Apellyasiya Məhkəməsində Abbas Hüseynin şikayəti əsasında məhkəmə iclası baş tutub. İlqar Murquzovun sədrliyi ilə baş tutan iclas tanışlıq xarakteri daşıyıb. Belə ki, aprelin 27-də 1 saylı cəzaçəkmə müəsisəsində Abbas Hüseynin iltizam qaydalarının tez-tez pozması səbəbi ilə məhkəməsi keçirilib. Məhkəmə Abbas Hüseyni 1 illik Qobustan Qapalı həbsxanasına köçürülməsi barəsində qərar qəbul edilib. Abbas Hüseyn qərarla razılaşmadığını bildirərək bununla bağlı apellyasıya şikayəti verib.

Pakistanın neft və qaz zavoduna hücum nəticəsində 6 təhlükəsizlik qüvvəsi həlak olub

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, Pakistan səlahiyyətliləri bildirib ki, ölkənin şimal-qərbində yaraqlıların neft və qaz hasilatı zavoduna hücumu nəticəsində azı altı mühafizəçi həlak olub. Onlarla silahlı şəxs Əfqanıstanla bitişik Hayber Paxtunxva əyalətinin Hanqu rayonunda zavodu mühafizə edən təhlükəsizlik postuna hücum edib.

Mahmudəli Çöhrəqanlı Əhməd Obalının döyülməsini onun şəxsi restoranında müştərilərlə baş vermiş insidentlə əlaqələndirib

ABŞ-da yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) rəhbəri Mahmudəli Çöhrəqanlı Günaz TV-nin rəhbəri Əhməd Obalının vəhşicəsinə döyülmə faktını terror adlandırmayıb. O, bu hadisədə terror izi olmadığını bildirib. Əksinə o baş verən hadisəni Əhməd Obalıya aid restoranda baş verən insidentlə əlaqələndirib. Stat: “Əgər terror aktı olarsa, Amerika dövləti, gizli servisi lazım olan raporu verəcək. Əgər açıqlamasalar, demək, adi savaş və toqquşma olub. Əhməd bəyin restoranı var. Müştərilər bəzən problem yaradır. Hadisə bu səbəbdən də ola bilər.