Abbas Hüseynin məhkəməsi baş tutub

Bu gün Bakı Apellyasiya Məhkəməsində Abbas Hüseynin şikayəti əsasında məhkəmə iclası baş tutub. İlqar Murquzovun sədrliyi ilə baş tutan iclas tanışlıq xarakteri daşıyıb. Belə ki, aprelin 27-də 1 saylı cəzaçəkmə müəsisəsində Abbas Hüseynin iltizam qaydalarının tez-tez pozması səbəbi ilə məhkəməsi keçirilib. Məhkəmə Abbas Hüseyni 1 illik Qobustan Qapalı həbsxanasına köçürülməsi barəsində qərar qəbul edilib. Abbas Hüseyn qərarla razılaşmadığını bildirərək bununla bağlı apellyasıya şikayəti verib. Bu gün apellyasiya şikayəti ilə bağlı iclasın tanışlıq mərhələsi baş tutub. Müdafiə tərəf olaraq vəkili Fəxrəddin Mehdiyev A. Hüseynin hüquqlarını qoruyub.

Məhkəmə işin araşdırılması üçün növbəti iclası mayın 30-u saat 12:30-a qədər ertələyib.

2015-ci il 26 noyar tarixində Nardaran hadisələri zamanı həbs olunan Abbas Hüseyn həbsinin ilk 7 illini ciddi rejimli qapalı həbsxana həyatından sonra ötən il noyabrın 26-da 7 saylı cəzaçəkmə müəsisəsinə köçürülür. Abbasın səs yazısına əsasən o, burada ciddi təzyiqlər və ona qarşı işgəncələr yaşadığını bildirir. Onun bütün bunlara etirazı isə sonunda həbsxanasının dəyişdirilməsinə gətirib çıxarır. Öncə Pentesiar Xidmətin Müalicə Mərkəzinə köçürülən Abbas burada da təzyiqlərlə üzləşir. Aprelin 12-də 1 saylı müəsisəyə köçürülən Abbas burada karantində olduğu müddətdə məhkəmə önünə çıxarılır. Aprelin 27-də baş tutan məhkəmə Abbas Hüseyni 1 il müddətinə ciddi, qapalı rejimli həbsxanaya köçürülməsi qərarını verir.