24 January 2023

Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevi azad etməyib

Operativtv.com Turana istinadən xəbər verir ki, çərşənbə günü Bakı Apellyasiya Məhkəməsi fəal Bəxtiyar Hacıyevin girov müqabilində azadlığa buraxılmasından imtina ilə bağlı verilmiş şikayəti təmin etməyib.

Vəkil Rövşanə Rəhimlinin Turan-a verdiyi məlumata görə, fəalın vəziyyəti pisləşməyə davam edir, aclığın 16-cı günündə başgicəllənmə, aşağı təzyiq və huşunu itirmə adi hala çevrilib.

Vətəndaş cəmiyyəti B.Hacıyevin və Ə.Zeynallının işləri ilə bağlı dövlət başçısına müraciət edib

Operativtv.com Turana istinadən xəbər verir ki, Azərbaycan vətəndaş cəmiyyətinin nüayəndələri Bəxtiyar Hacıyev və Əvəz Zeynallının həbsdən azad edilməsi xahişi ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər.

ƏƏSMN: Yanvarın 26-da bütün sosial yardımlar artımlarla ödəniləcək

Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən bu sosial ödəniş növləri artımlarla ödəniləcək.

İranın Sistan-Bəlucistan əyalətində polis qüvvələrinə hücum edilib

İranın Sistan-Bəluçistan əyalətində silahlıların polis qüvvələrinə hücumunda iki nəfər həlak olub.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə Sistan-Bəluçistan əyalətinin Polis rəisi Məhəmməd Qənbəri mətbuata açıqlama verib.

Bildirilib ki, əyalətin Bampur bölgəsində post patrul fəaliyyəti göstərən polis qüvvələrinə silahlılar tərəfindən hücum həyata keçirilib.

Qərb ölkələrinin həyasızlığı bitmir: Bu dəfə Qurana Hollandiyada hörmətsizlik edildi

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İsveçdən sonra Hollandiyada ekstremist, Pegida kimi tanınan ifrat sağçı qrupun lideri Qurana hörmətsizlik edib. Bazar ertəsi internetdə yayımlanan videoda Hollandiyada ifrat sağçı Pegida qrupunun lideri Edvin Vaqensveldin Quranı cırıb oda atması əks olunub.

Bu aksiya İsveçdə ifrat sağçı siyasətçi Rasmus Paludanın İsveçin paytaxtında Türkiyə səfirliyi qarşısında müsəlmanları təhqir edib Quranı yandırmasından iki gün sonra baş verib.

ABŞ dövlət katibi Blinken Laçın dəhlizi ilə bağlı Əliyevə telefon zəngi edib

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edərək onu Ermənistanla ikitərəfli sülh danışıqlarında səylərini artırmağa çağırıb. Laçın dəhlizinin dərhal ticarət daşımalarına açılmasını istəyən Blinken regionda humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülhə olan ümidləri sarsıtdığını bildirib. ABŞ Dövlət Departamentindən verilən açıqlamada Blinkenin görüş zamanı “Azərbaycanda insan haqlarının pozulması ilə bağlı narahatlığını” da ifadə etdiyi bildirilib.

Araşdırma: Yerin daxili nüvəsi əks istiqamətdə fırlanır

Tədqiqatçılar Yerin daxili nüvəsinin Yerlə eyni istiqamətdə fırlanmasını dayandırdığını və hətta əks istiqamətdə fırlanmağa başladığını irəli sürdülər. Bazar ertəsi Nature Geoscience jurnalında dərc edilən araşdırmaya görə, Pluton ölçüsündə isti dəmir topa bənzəyən Yerin daxili nüvəsi artıq planetlə eyni istiqamətdə deyil, hətta əks istiqamətdə fırlana bildiyini yazıb. Səthdən təxminən 5000 km aşağıda yerləşən "planet daxilindəki planet" maye metal xarici nüvənin içərisində üzdüyü üçün müstəqil olaraq fırlana bilir.