BOTAŞ: İrandan qaz nəqli 70 faiz azalıb

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Pipelines and Petrol Transport AŞ (BOTAŞ) bildirib ki, Gürbulak-Ağrı giriş məntəqəsindən Türkiyəyə verilən təbii qaz İranın elektrik ötürücü şəbəkəsində yaranan nasazlıq səbəbindən yanvarın 1-nə 70 faiz azalıb. BOTAŞ-ın saytındakı elanda nasazlığın qısa müddətdə aradan qaldırılması üçün danışıqların davam etdiyi bildirilib. Bəyanatda qeyd olunub:

"Gürbulak-Ağrı giriş məntəqəsindən ölkəmizə ( Türkiyəyə-red) verilən təbii qazın 2023-cü il yanvarın 1-dən etibarən İranın ötürücü şəbəkəsində yaranan nasazlıq səbəbindən 70 faiz az veriləcəyi bildirilib. Lazımi addımlar atılıb. İranlı həmkarlarımız tərəfindən nasazlığın qısa müddətdə aradan qaldırılması və məsələ dəqiqliklə təqib edilir. Qışda olduğumuz bu dövrdə ölkə daxilində təbii qazdan istifadəyə mənfi təsir göstərməmək üçün bütün lazımi tədbirlər görülmüşdür. və əlavə qaz ehtiyacımız Təbii Qaz Anbarlarımızdan ödənilir”.