Bosniyalı müsəlman piyada Məkkəyə gedir

Bosniyalı müsəlman Ənvər Beqanoviç Məkkə şəhərindəki Kəbə (Məscidül-Həramı) ziyarət etmək üçün artıq bir neçə aydır piyada gedir.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, 52 yaşlı kişi ümumi uzunluğu 6600 km olan səfərə 18 noyabrda artıq 28 ildir yaşadığı Avstriyanın Vels şəhərindən başlayıb başlayıb.

Bu aylar ərzində Beqanoviç 10 ölkə ərazisindən keçib: Avstriya, Slovakiya, Xorvatiya, Bosniya və Herseqovina, Serbiya, Kosovo, Şimali Makedoniya, Yunanıstan, Türkiyə və İraq. O, keçdiyi hər bir ölkənin bayrağını özü ilə daşıyır.

Hazırda isə İraqın Kərkün şəhərindədir.

Minlərlə km qət etməyimə baxmayaraq, yolda heç bir problemlə qarşılaşmamışam. Əskinə, ətrafdakı insanlardan isti münasibət və yardım gördüm və bu, mənim gözləntilərimdən də çox oldu“, – deyə o qeyd edib.

Xatırladaq ki, Beqanoviç peşəkar idmançıdır – dzüdo döyüşçüsüdür.

O, deyir ki, məşqlər zamanı uzun məsafələr getməyə vərdiş etdiyi üçün belə bir çətin səyahətlə bağlı qərar qəbul edib.