Ayətullah Xamenei yeni ili inflyasiyaya nəzarət, istehsal artımı ili adlandırıb

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei hicri 1402-ci ili "İnflyasiyaya nəzarət, istehsal artımı" ili adlandırıb.

 Ayətullah Xamenei İranda yeni ilin başlanğıcı sayılan Novruz bayramı münasibətilə videomüraciət edib. O, hicri 1402-ci ili “İnflyasiyaya nəzarət, istehsalın artması” ili adlandırıb.

Dolanışıq, xərc və inflyasiya mövzusunun 1401-ci ilin ən ağrılı hadisələrindən biri olduğunu bildirən Ayətullah Xamenei, “İqtisadiyyatla bağlı təbii ki, müsbət addımlar atıldı, bu da insanların həyatı və güzəranı ilə bağlı olmalıdır” deyib.

Ayətullah Xamenei problemlərin təkcə İrana aid olmadığını, demək olar ki, bütün ölkələrin, o cümlədən güclü və inkişaf etmiş iqtisadiyyata malik ölkələrin iqtisadi problemlər və hətta iflas və fövqəladə borclarla üzləşdiyini vurğulayıb.

O, bəyan edib ki, iqtisadiyyat sahəsində ciddi problemlərdən biri investisiya məsələsidir və bu təmin edilməlidir.