Ayətullah Sistaninin “birja əməliyyatları” ilə bağlı suallara cavabı

 

Ayətullah Sistani birjada aparılan əməliyyatlarla bağlı sualları cavablandırıb. Real qeyri-virtual birja əməliyyatlarında iştirak etməyin ümumi hökmü nədir?

Sual: Real, qeyri-virtual birja əməliyyatlarında iştirak etməyin ümumi hökmü nədir?

Cavab: Səhmlərin alqı-satqısı səhihdir. Təbii ki, səhmdar cəmiyyətin şərab alveri və ya sələmçilik kimi alqı-satqıları haramdırsa, onun səhmlərini almaq və bu sövdələşmələrdə iştirak etmək caiz deyil.

Sual: Bəzi insanlar var ki, onların peşəsi birjadır. Şirkətlərin vəziyyətini araşdırdıqdan sonra belə bir qənaətə gəlirlər ki, şirkətin səhmlərinin dəyəri artacaq, ona görə də şirkətin səhmlərinin qiyməti bahalaşdıqda şirkətin səhmlərini alıb, səhmləri sataraq qazanc əldə edirlər. Bazardakı dalğalanmalara görə bəzən böyük qazanc əldə edir, bəzən də böyük itkilərlə üzləşirlər. Əgər biz öz sərmayəmizi bu insanların ixtiyarına vermişiksə, bu yolla əldə olunan pulun hökmü nədir?

Cavab : Müəssisənin səhmləri haramlardan və ya sələmçi banklardan alınıb-satıldığı müddətcə eybi yoxdur.

Sual: Birja alqı-satqısında iştirak etməyin ümumi hökmü nədir?

Cavab: Özlüyündə heç bir problem yoxdur.