AİHM ruhani Tale Bağırzadənin şikayətilə bağlı hökumətə suallar göndərib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanlı ruhani Tale Bağırzadənin həbsindən verilən işin kommunikasiyasına başlayıb.
Ruhani Tale Bağırzadə 26 noyabr 2015-ci ildə həbs edilməsindən şikayət edib.
O bildirib ki, barəsində seçilmiş həbs qətimkan tədbiri və həbsdə saxlama müddətinin uzadılması qanunsuzdur.
Ərizəçi, həmçinin, Nəsimi Rayon Məhkəməsində və Bakı Apelyasiya Məhkəməsində həbs qətimkan tədbiri ilə bağlı müraciətlərə baxarkən metal qəfəsdə saxlanmasından və həbs edilərkən onun barəsində hüquq mühafizə orqanlarının verdiyi bəyanatdan şikayət edib.
Məhkəmə Konvensiyanın 3 (işgəncəyə məruz qalmamaq hüququ), 5.3 (azadlıq hüququ) və 6.2 (təqsirsizlik prezumpsiyası) maddələrinin pozuntusunun olub-olmaması ilə bağlı tərəflərə suallar göndərib.
Ruhani Tale Bağırzadə 26 noyabr 2015-ci ildə həbs edilib.
O, müxtəlif ağır cinayətləri törətməkdə şübhəli bilinib və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində məhkəməyə qədər 4 aylıq həbs qəti imkan tədbiri seçilib.
Sonra həmin həbsin müddəti daha 4 ay da uzadılıb. Daha sonra Tale Bağırzadə həbsinin qanunsuz olmasından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.
Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
 
Meydan.tv