ABŞ və Rusiya arasında siyasi gərginlik: "Mövcud vəziyyəti sadə üzrxahlıqla aradan qalxmayacaq"

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinə qarşı təhqiramiz ifadələrinə görə Moskvanın ABŞ Dövlət Departamentinə “sərt etiraz notası” göndərdiyini bildirib.

“Dövlət Departamenti bu səhər işə başlayan kimi biz ABŞ liderinin Rusiya prezidentinə qarşı təhqirlərinin hədsiz xarakteri və yolverilməzliyi ilə bağlı kəskin etiraz notası göndərdik”.

Mövcud vəziyyəti sadə üzrxahlıqla aradan qaldıra bilməyəcəyini və Amerika rəsmilərinin bunu etmək niyyətində olmadığını deyən rusiyalı diplomat noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca bu cür təpkilərin adi hala çevrildiyini vurğulayıb.

ABŞ prezidenti Co Bayden San-Fransiskoda keçirilən ianə toplantısında Rusiya prezidenti Vladimir Putini söyüb.

Kreml hökumətinin sözçüsü Dmitri Peskov Baydenin Putin haqqında dediyi sözlərə münasibət bildirib və deyib:

“Bu sözlər çətin ki, prezident Putini alçaldsın. Bu cür sözlər yalnız onları deyən adamı alçaldar".