ABŞ-ın milli borcu artır

ABŞ Konqresinin Büdcə Ofisi (CBO) federal hökumətin büdcə kəsirinin 2034-cü ildə 2,6 trilyon dollara çatacağını proqnozlaşdırır.

'Büdcə və İqtisadi Görünüş: 2024-2034' başlıqlı hesabatını dərc edən CBO, federal hökumətin 2023 maliyyə ilində 1,7 trilyon dollar olan büdcə kəsirinin bu il 1,6 trilyon dollara enməsinin gözləndiyini bildirir.

Hesabatda büdcə kəsirinin gələn il 1,8 trilyon dollara yüksələcəyi, 2034-cü ildə isə büdcə kəsirinin 2,6 trilyon dollara çatacağı proqnozlaşdırıldığı bildirilib.

Hesabatda qeyd olunub ki, ötən il 97,3 faiz olan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinin bu il 99 faizə yüksəlməsi və 2034-cü ildə bütün zamanların ən yüksək səviyyəsi olan 116 faizə çatması gözlənilir.

Hesabatda 2024-cü ildə işsizliyin artması ilə iqtisadi artımın yavaşlayacağı, qismən də sərt pul siyasəti nəticəsində ölkə iqtisadiyyatının ötən il yüzdə 3,1 olan artım tempinin bu il yüzdə 1,5 gələn il 2,2 faiz olacağı təxmin edilir.

ABŞ federal hökumətinin borcu 2022-ci il yanvarın sonunda 30 trilyon dollardan bir qədər çox olduğu halda, sentyabrın 15-də borc 33 trilyon dollarlıq yeni rekorda çatıb.

Fox News telekanalına danışan ABŞ-ın dünyaca məşhur JPMorgan Chase bankının baş direktoru Ceyms Dimon, ABŞ-ın milli borcunun artması səbəbindən "uçurumlara doğru getdiyini" söyləyib.

Dimon, ABŞ-ın dövlət borcunun durmadan və sürətlə artdığına diqqət çəkərkən, “Bu, uçurumdan gedir və biz bu uçurumun şahidi oluruq. “Biz təxminən 10 il uzaqlıqda olan bu uçuruma saatda 60 mil (təxminən 100 km) sürətlə gedirik.

Bundan əvvəl ABŞ-ın maliyyə naziri Jeannette Yellen ölkənin 34 trilyon dollarlıq xarici borcunu “qorxulu” adlandırmışdı.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə böyük dövlət borcuna xidmət ABŞ hökumətinə büdcə gəlirlərinin təxminən üçdə birinə başa gələ bilər.