Vaşinqtonda Məhəmməd məscidinə bomba qoyulması təhlükəsi barədə xəbərdarlıq edilib

Dünən Cümə namazı zamanı Vaşinqtondakı Məhəmməd məscidində bomba təhlükəsi yaranıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, dünən Cümə namazı vaxtı Vaşinqtondakı Məhəmməd məscidinə bomba qoyulması təhlükəsi yaranıb.

Vaşinqton Böyükşəhər Polis rəsmisi, bomba təhdidindən sonra mümkün qədər tez məscidə getdiklərini və hər ehtimala qarşı camaatın dərhal boşaldıldığını bildirib.

Qurum rəsmisi xüsusi bomba zərərsizləşdirmə qrupunun bomba axtarış itləri ilə apardığı araşdırmalardan sonra xəbərin əsassız olduğunun anlaşıldığını bildirib.

Məscidin imamı Yusuf Səlim də xütbə əsnasında polisin gəldiyini və bomba təhlükəsi olduğunu bildirərək, camaatın təhlükəsizliyi üçün məscidin boşaldılması üçün kömək istədiyini bildirib.

Məscidin təhlükəsizlik rəisi Məhəmməd Əbdülməlikin camaatdan dərhal binanı boşaltmasını istədiyini izah edən Səlim, polis itlərinin namaz yerinə girmədiyini qeyd etdi.