Türkiyənin İsrailə ixracı məhdudlaşdırma qərarına İsrail cavab verəcəyini açıqladı

Artan ictimai reaksiyalardan sonra Türkiyə Ticarət Nazirliyi 9 aprel 2024-cü il tarixindən bəzi məhsulların İsrailə ixracını məhdudlaşdırmaq qərarına gəlib. İsrail hökuməti Türkiyənin razılaşmaları birtərəfli qaydada pozduğunu açıqlayıb.

Nazirlik, məhdudiyyətlərin İsrail Qəzzada dərhal atəşkəs elan edənə və kifayət qədər, fasiləsiz yardıma icazə verənə qədər qüvvədə qalacağını açıqlayıb.

İsrail hökuməti polad, gübrə və təyyarə yanacağı ixracına qoyulan məhdudiyyətlər də daxil olmaqla tədbirlərə öz məhdudiyyətləri ilə cavab verəcəyini açıqlayıb.

Tədbirlərə reaksiya verən İsrail xarici işlər naziri bildirib ki, Türkiyə İsraillə ticarət müqavilələrini “birtərəfli qaydada pozub”.

İsrail Xarici işlər naziri Katz, "Ərdoğan HƏMAS qatillərini dəstəkləmək üçün bir daha türk xalqının mənafeyini qurban verir. İsrail zorakılığa və şantaja boyun əyməyəcək, ticarət razılaşmalarının birtərəfli pozulmasına dözməyəcək və Türkiyəyə qarşı paralel tədbirlər görəcək.

 İsrailin Türkiyəyə ixracının qarşısını alacağı məhsulların daha bir siyahısını hazırlamaq, həmçinin ABŞ-dakı təşkilatlarla əlaqə saxlamaq, Türkiyəyə investisiyaları dayandırmaq və Türkiyədən məhsul idxalına mane olmaq və boykot qanunlarının pozulmasını dostlarımızla araşdırmaq üçün Amerika Konqresini buna uyğun olaraq xəbərdar etdim” söyləyib.

Xatırladaq ki, Türkiyə 9 aprel 2024-cü il tarixindən etibarən ilk mərhələdə İsrailə 54 adda məhsul qruplarına daxil olan məhsulların ixracını məhdudlaşdırmağa qərar verib. Bu qərarın tələbləri Türkiyə Ticarət Nazirliyi tərəfindən dərhal həyata keçirilir.

Türkiyə bu qərari İsrailin beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri çərçivəsində Qəzzada dərhal atəşkəs elan edənə və Qəzza zolağına kifayət qədər və fasiləsiz humanitar yardım axınına icazə verənə qədər qüvvədə qalacağını bildirib.