Türkiyənin İsraildəki səfiri Şakir Özkan Torunlar məsləhətləşmələr üçün Ankaraya çağırılıb.
Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə noyabrın 4-də Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, buna səbəb İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməməsi, mülki vətəndaşlara qarşı hücumları davam etdirməsidir.
Rəsmi Ankara həmçinin qeyd edib ki, İsrailin humanitar yardımın fasiləsiz və davamlı şəkildə ölkəyə girişinə icazə verməməsi nəticəsində Qəzzada humanitar faciə baş verib.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda İsrail tərəfi ilə hər hansı bir təmasının olmadığını bildirmişdi.
“Bunu deyə bilərəm ki, Netanyahu heç bir şəkildə bizim həmsöhbətimiz deyil, onu silib atmışıq”, - Ərdoğan açıqlamasında vurğulamışdı.
Türkiyə İsraildəki səfirini geri çağırıb