Tarif Şurası istilik qiymətlərini qaldırdı

Azərbaycan Tarif Şurası istilik təchizatı xidmətinin qiymətini 40 faizdən çox yüksəldib.

Qurumun iyulun 30-da yaydığı məlumata görə, əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,6 manatdan 21 manata çatdırılıb.

Sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,3 manatdan 0,45 manata yüksəldilir.

Qərar dağ rayonlarında bu il noyabrın 1-dən, digər ərazilərdə isə noyabrın 15-dən tədbiq ediləcək.

Bu ilin yanvarında qaz və elektrikin də qiymətləri limitlərdən asılı olaraq yüksəldilmişdi.