Suriya Ərəb Dövlətləri Liqasında fəaliyyətini bərpa edib.

Bu gün Ərəb Dövlətləri Liqası Xarici İşlər Nazirləri Şurasının Qahirədə iclası baş tutub. Tədbirin keçirilməsinə səbəb Suriya nümayəndə heyətinin təşkilatın iclasına buraxılması barədə qərarın qəbul edilməsi olub. İraq Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ahmed as-Sahaf açıqlamasına görə Suriyanın Ərəb Dövlətləri Liqasında fəaliyyəti bərpa edilib. Qərar iclasında qəbul edilən qətnamə layihəsində öz əksini tapıb.

Beləcə Suriya nümayəndə heyəti mayın 7-dən yenidən Ərəb Dövlətləri Liqasının iclaslarında iştirak etməyə başlayaıb.