Səudiyyə Ərəbistanı Asiya və Avropa bazarları üçün neftin qiymətini qaldırıb

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı aprel ayında Asiya və Avropa üçün neftin qiymətini qaldırıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Aprel ayı üçün “Arab Light”ın Asiya üçün rəsmi satış qiyməti Oman-Dubay etalonunda 2,5 ABŞ dolları bahalaşıb ki, bu da mart ayı qiymətindən 50 sent yüksəkdir.

Eyni zamanda Səudiyyə Ərəbistanının dövlət şirkəti olan “Saudi Aramco” aprel ayında şimal-qərbi Avropaya nəql etdiyi neftin qiymətini bir barel üçün 1 ABŞ dolları artırıb.

Səudiyyə Ərəbistanı hər ayın əvvəlində istehlakçıların müraciətləri əsasında çatdırılma cədvəlini formalaşdırır, lakin qlobal neft bazarına təsir edən Ukraynadakı vəziyyətlə əlaqədar qiymət siyasətinə əhəmiyyətli dərəcədə yenidən baxılıb.