Sudanda indiyədək qarşıdurmalarda 190 uşaq həlak olub

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel Sudandakı münaqişədən zərər çəkən uşaqlarla bağlı yazılı açıqlama verib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Catherine Russell, Sudandakı qarşıdurmalardan zərər çəkən uşaqlarla bağlı açıqlama verib. O bildirib ki, hər bir münaqişədə olduğu kimi, uşaqlar da ən çox zərər çəkənlər arasındadır və onların müdafiəsi üçün hər cür səy göstərilməlidir.

Bütün tərəfləri beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə və uşaqların təhlükəsizliyini təmin etməyə çağıran Russell, "Sudanda vəziyyət ağırdır və bunun bədəlini uşaqlar öz həyatları ilə ödəyir. Münaqişə uşaqlar üçün dayandırılmalıdır" deyib.

UNİCEF-in Sudandakı təsisatlarının zədələndiyini və ehtiyatlarının talan edildiyini qeyd edən Rassel, bu vəziyyətin yardım səylərinə ciddi mənfi təsir göstərdiyini qeyd edib. Rassel bildirib ki, Sudanda münaqişə başlayandan bəri 190 uşaq ölüb, 1700 nəfər yaralanıb.