Salah "Liverpul"un bombardiri oldu

İngiltərə Premyer Liqasının 26-cı turunda "Liverpul" öz meydanında "Mançester Yunayted"i (7:0) böyük hesabla məğlub edib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu oyunda dublla yadda qalan misirli hücumçu Məhəmməd Salah klubun tarixinə düşüb. Bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belə ki, 30 yaşlı futbolçu İPL-da vurduğu qolların sayını 129-a çatdıraraq, klubun ən yaxşı bombardiri olub. O, bu göstəricidə komandanın sabiq hücumçusu Robbi Fauleri (128 qol) qabaqlayıb.

İlk "üç"lüyü isə 120 qolla "qırmızılar"ın əfsanəvi kapitanı Stiven Cerrard qapayır.