"Sabah” “Sumqayıt”ı darmadağın etdi

Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bağlanış oyununda "Sabah" Sumqayıtda eyniadlı komandanın qonağı olub. "Kapital Bank Arena"da keçirilən görüş Bakı klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0.

Qonaqlardan qolları 34-cü dəqiqədə Con İrasabal, 44-cü dəqiqədə Davit Volkov, 45+1-ci dəqiqədə Kristian da Silva və 72-ci dəqiqədə Kristian Sebalyos vurublar.