Rumıniya Azərbaycandan gələn çirklənmiş neftlə bağlı fövqəladə vəziyyət elan etdi

Rumıniya Azərbaycandan gələn çirklənmiş neftlə bağlı fövqəladə vəziyyət elan etdi. Rumıniya Energetika Nazirliyi avqustun 4-də bildirib ki, Azərbaycandan Türkiyə limanına yüklənmiş 92 min ton xam neftin boşaldılması zamanı üzvi xloridlərlə çirklənmə aşkar edilib. Bu səbəbdən nazirlik Avropa Komissiyasını məlumatlandıraraq böhran səviyyəsində fövqəladə vəziyyət elan edib.
Çirklənmiş neft “OMV Petrom”un Konstansadakı emal zavoduna çatdırılmalı idi. Neft qəbul edilmədiyindən ölkədə müvəqqəti xam neft çatışmazlığı yaranıb.
“BP” şirkəti də Azərbaycandan Avropaya nəql olunan bəzi neft partiyalarında üzvi xlorid çirklənməsi aşkarlandığını təsdiqləyib. Bu maddə neft emalı avadanlıqlarına ciddi zərər vura bilər. “BTC Co.” isə məsələ ilə bağlı boru kəməri boyunca keyfiyyət yoxlamalarına başladığını açıqlayıb.