Ərdoğanın Ankara mitinqində “İsraillə ticarəti kəsin” etirazı

Prezident Ərdoğan 31 Mart yerli seçkiləri öncəsi "Böyük Ankara mitinqi"nə qatılıb. Xarici işlər naziri Hakan Fidan, Milli Təhsil Naziri Yusuf Tekin, Prezident Administrasiyasının Kommunikasiya direktoru Fahrettin Altun, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıç, AK Partiya sədr müavinləri, MHP sədr müavinləri, AK Partiya İl sədri Hakan Han iştirak edib. Paytaxt Milli Bağçada təşkil edilən mitinqdə Özcan, MHP Ankara İl Başkanı Alparslan Doğan və AK Partiya Ankara millət vəkilləri də qatılıb.

İsrailin Qəzzada on minlərlə dinc sakini qətlə yetirməsinə və hücumların davam etməsinə baxmayaraq, hücumların başladığı gündən bu yana Türkiyədən aralıqsız davam edən ticarəti böyük reaksiyalara səbəb olur. Bundan əvvəl müxtəlif şəhərlərdə “İsraillə ticarət Fələstinə xəyanətdir” yazılmış plakatlar açılıb və aksiyanı keçirənlər saxlanılıb.

Martın 23-də prezident Ərdoğan Ankarada mitinqdə çıxış edərkən “İsraillə ticarəti kəsin” yazılı pankart açılıb və “İsraillə ticarət Fələstinə xəyanətdir” şüarları səsləndirilib. Bu qrupa dərhal müdaxilə olunub, pankart endirilib və qrupdakı şəxslər ərazidən uzaqlaşdırılıb.

Bu zaman mitinqdə iştirak edən bir qadının etirazçılara “Siz yararsızsınız, çıxın” deməsi eşidilib. Qadının əlində Türkiyə bayrağı olan çubuqla etirazçılara zərbə endirmək istəməsi də kameralara düşüb.