“Sionistlər 1918-ci ildən etibarən Fələstini qarış-qarış işğal edir“.
Az.shafaqna.com türk mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, İsrailin fələstinliləri Ramallah və Qəzzada çox kiçik torpaq parçalarına sıxışdırdığını bildirib.
“İndi İsrailə həm (İordan çayının) Qərb sahilində, həm də Qəzzada soyqırımı törədərək oraları da işğal etmək məqsədindədir“, – deyə o vurğulayıb.
Ərdoğan İsrail qüvvələrinin türk əsilli ABŞ vətəndaşı Ayşenur Ezgi Eyginin “alçaqcasına qətlə yetirildiyini“, 2023-cü ilin 7 oktyabr tarixindən bəri Qəzza sektorunda azı 17 mini uşaq olmaqla 40 min günahsız fələstinlinin həyatına son qoyduğuna toxunub.
“(İsrail) uşaq, qadın, gənc, qoca fərqi qoymadan vəhsişəsinə hücum edir, qan tökür“, – deyə o əlavə edib.
Ərdoğan qeyd edib ki, Qəzza sektorunda davam etməkdə olan müharibə təkcə İsrail-Fələstin müharibəsi deyil, həm də ekspansionist sionizm ilə öz vətənlərini qoruyan müsəlmanlar arasında gedən mübarizədir.
“İstər ölkəmizdə (Türkiyədə) (bəziləri), istərsə də İslam ölkələrinin bəziləri bu məsələni özlərindən uzaq bir məsələ kimi görür və bununla da çox pis şəkildə səhvə yol verirlər“, – deyə o bildirib.
O xatırladıb ki, İsrail Qəzzada durmayacaq, ora ilə kifayətlənməyəcək.
“Əgər bu şəkildə davam edərsə, İsrail Ramallahı işğal etdikdən sonra başqa yerlərə də tamah salacaq. Növbə bölgənin digər ölkələrinə də gəlib çatacaq. Livana, Suriyaya gələcək“, – deyə o əlavə edib və İsrailin Türkiyə torpaqlarını da ələ keçirmək istəyəcəyini qeyd edib.
Onun sözlərinə görə, İsrail rəhbərliyi “önlərində poza verdikləri hər xəritə ilə bunu açıq şəkildə” göstərir.
“Biz elə buna görə “HƏMAS müsəlmanlarından adından müqavimət göstərir” deyirik. Biz ona görə “HƏMAS təkcə Qəzzanı deyil, İslam torpaqlarını, Türkiyəni qoruyur” deyirik“, – deyə o bildirib.
Ərdoğan: İsrail Türkiyəni də işğal etmək istəyəcək