Özbəkistan prezidenti Ərəbistanda 12 milyardlıq müqavilə imzaladı

Özbəkistan və Səudiyyə Ərəbistanı 12 milyard dollar dəyərində qarşılıqlı faydalı layihələrə dair bir neçə saziş imzalayıb. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səudiyyə Ərəbistanının sərmayələr naziri Xalid əl-Falihin rəhbərlik etdiyi nümayəndə heyəti ilə çoxtərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib.