Oğlu Oqtay Gülalıyevin səhhətindən danışdı

Oqtay Gülalıyevin müalicəsi ev şəraitində davam etdirilir, hazırda vəziyyəti stabildir. Bu sözləri Pravda.az-a hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev atasının səhhəti ilə bağlı danışarkən deyib.

“Sonuncu dəfə M.Topçubaşov adına xəstəxanada həkim səhlənkarlığı ucbatından atama infeksiya salındı. Nəticədə səhhəti hədsiz gerilədi. Həmin həkimlə bağlı TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə bildirmişik. Şükürlər olsun, hazırda hər şey qaydasındadır. Atamın bəzi dostları, qohumları da bizimlə maraqlanırlar. Maddi baxımdan dəstək yoxdur. Atamın səhhətində Allahın izni ilə tezliklə irəliləmələr olduqca məlumat veriləcək”, - T.Gülalıyev bildirib.