Qurani-Kərimin Belarus dilinə tərcümə təqdim edildi

Belarusun paytaxtı Minsk şəhərindəki məsciddə müqəddəs Qurani-Kərimin Belarus dilinə tərcüməsinin təntənəli təqdimat mərasimi keçirilib. Tədbirdə mədəniyyət dairələrinin nümayəndələri və İslam mövzusu ilə maraqlanan şəxslər iştirak ediblər.

“Müqəddəs Quran: ərəb dilində mətn və mənaların tərcüməsi” adlı nəşr Aliksi İsmail Kriots və David Radkoviçin birgə əməyinin nəticəsidir.

Kitabın hazırlanmasında belaruslu şairə Oksana Sprinçan da iştirak edib. O, sosial şəbəkə hesablarında nəşrin işıq üzü gördüyünü bildirib və Quranın mənalarının Belarus dilində yayılmasında iştirak etmək imkanından məmnunluğunu ifadə edib.

Bu nəşrə Quranın ərəb dilində orijinal mətni, ayələrin mənalarının Belarus dilinə tərcüməsi, eləcə də izahedici şərhlər daxildir.

Belarus Şərqi Avropada yerləşən, ərazisi təxminən 207 600 kvadratkilometr, əhalisi isə 9,1 milyondan çox olan dövlətdir. Ölkə şərqdə və şimal-şərqdə Rusiya, cənubda Ukrayna, qərbdə Polşa, şimal-qərbdə isə Litva və Latviya ilə həmsərhəddir.

Statistik məlumatlara əsasən, Belarusda 100 minə yaxın müsəlman yaşayır. Tatarlar ölkənin ən böyük etnik müsəlman azlığını təşkil edirlər.

Quranın Belarus dilinə tərcüməsinin nəşr olunması ölkə əhalisinin Quran biliklərinə çıxış imkanlarının genişləndirilməsi və Belarus cəmiyyətində İslamın mədəni mövcudluğunun möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.