İsveçdə İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyası keçirilib

İsveçin paytaxtı Stokholmda yüzlərlə insan İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hücumlara etiraz edib.

Stokholmun Odenplan rayonunda toplaşan qrup, İsrailin Qəzzaya qarşı soyqırım hücumlarına son qoyulmasını, dərhal atəşkəs elan edilməsini və bölgəyə humanitar yardım çatdırılmasını tələb edib.

Yüzlərlə etirazçı üzərində "Qəzzada uşaqlar öldürülür", "Məktəblər və xəstəxanalar bombalanır", "Soyqırımı dayandırın" və "Fələstin əbədi olsun" yazılı plakatlar daşıyıb.

İştirakçılar "Fələstinə azadlıq" şüarları səsləndirərək daha sonra İsveç Xarici İşlər Nazirliyinin qarşısına doğru yürüş ediblər.