ABŞ Yaşıllar Partiyası (GPUS) İsraili “aparteid”, məcburi köçkünlük və mülksüzləşdirmə siyasətləri ilə əlaqələndirən, sionizmi isə irqçiliyin bir forması kimi tanıyan 1332 saylı qərarı qəbul edib.
9 noyabrda qüvvəyə minən sənəddə partiya özünü “antisemitizmə qarşı olan antisionist” kimi təqdim edərək, sionizm əleyhdarlığının yəhudi düşmənçiliyi anlamına gəlmədiyini vurğulayıb.
Qərarın əsas bəndləri:
Fələstinə dəstək: Fələstinlilərin öz müqəddəratını təyinetmə, geri qayıtma və beynəlxalq hüquqa uyğun olmaq şərtilə silahlı müqavimət hüququ tanınır.
Yardımların dayandırılması: ABŞ hökumətindən İsrailə hərbi yardımı və diplomatik müdafiəni kəsmək, həmçinin insan haqlarını pozan qurumlara sanksiya tətbiq etmək tələb olunur. BDS (Boykot, Sərmayələrin Geri Çəkilməsi və Sanksiyalar) hərəkatı rəsmən dəstəklənir.
Kolorado ştatı təşkilatının təklif etdiyi layihə səsvermədə 77 lehinə, 4 əleyhinə və 4 bitərəf səslə qəbul olunub. Qeyd edək ki, partiya 2025-ci ilin noyabrında da İsrail ordusunu “terror təşkilatı” kimi tanıyan qərar qəbul etmişdi.
Qərar bəzi partiya daxilində fikir ayrılıqlarına yol açıb. Partiyanın 2020-ci il prezidentliyə namizədi Houi Hokins (Howie Hawkins) başda olmaqla bir neçə tanınmış üzv İsrailin mövcudluq hüququnu müdafiə edərək sənədin əleyhinə səs verib.
Siyasi şərhçilər bu addımın gələcək seçkilərdə Fələstin tərəfdarı olan seçiciləri Demokratlar və Yaşıllar arasında bölərək Respublikaçıların işinə yaraya biləcəyini, həmçinin partiyanı Avropadakı müttəfiqlərindən təcrid edə biləcəyini istisna etmirlər.
ABŞ Yaşıllar Partiyası sionizmi irqçilik kimi tanıyan qərar qəbul edib