Azərbaycan taekvondoçusu gümüş medal qazandı

Azərbaycan taekvondoçusu Adil Kazımlı (73 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

O, finalda məğlub olaraq fəxri kürsününün ikinci pilləsinə qalxıb.

Xatırladaq ki, taekvondoçu yarımfinalda Amet Diopa (Seneqal) qalib gəlmişdi