İsrail Qəzzada Nasir Xəstəxanasını bombaladı! Çoxsaylı itki və yaralılar barədə məlumat verilib

İsrailin Qəzza Zolağındakı Nasir Xəstəxanasına hava hücumu nəticəsində ən azı 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Qəzza Zolağının cənubundakı Xan Yunisdəki Nasir Xəstəxanasına hava hücumunun edildiyi bildirilib. Xəstəxananın içərisindəki Əl-Yasin binasının ikinci mərtəbəsini hədəf alan hücumda səhiyyə işçiləri və xəstələr də daxil olmaqla ən azı 6 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilir.

Hücumun qəfildən həyata keçirildiyi və İsrail qüvvələrinin xəstəxananı hədəf almadan əvvəl heç bir xəbərdarlıq və ya təxliyə bildirişi vermədiyi bildirilib. Nasir Xəstəxanası rəhbərliyi hücumun reanimasiya və cərrahiyyə şöbələrinə ciddi ziyan vurduğunu, İsrail ordusunun isə hücumun məqsədi ilə bağlı hələlik rəsmi açıqlama vermədiyini bildirib.