"Shehab" Xəbər Agentliyinin məlumatına görə, Fələstin mənbələri İsrail döyüş təyyarələrinin Qəzə üzərində intensiv uçuşlar həyata keçirdiyini bildirib. Mənbələr qeyd edib ki, İsrailin hərbi texnikası Cəbaliya Qaçqınlar Düşərgəsinin və Qəzə şəhərinin şərqindəki ərazilərdə manevrlər edir və atəş açır. İşğalçı qüvvələrə məxsus hərbi texnikanın həmçinin Büreyc Qaçqınlar Düşərgəsinin şimal-şərqində hərəkət etdiyi bildirilib.
İsrail əsgərləri Deyr əl-Bəlahda fələstinlilərə atəş açıb. Eyni zamanda, Qəzə zolağının cənubunda İsrail ordusunun artilleriya bölmələri Xan Yunisin şərqindəki əraziləri atəşə tutub.
İşğalçı orduya məxsus helikopterlər də Rəfəhin qərbindəki Əl-Məvasi ərazisinə atəş açıb.
Bundan əlavə, bu səhər Qəzə şəhərinin qərbindəki Heydər qovşağı yaxınlığında yerləşən "Əsalət" binasındakı bir mənzilə İsrail döyüş təyyarələri tərəfindən edilən hücum nəticəsində beş fələstinli həlak olub.
İsrailin Qəzzaya hücumları davam edir

Oxşar xəbərlər