İranın icazəsi olmadan heç bir gəmi Hörmüz boğazından keçə bilməz

Xatəm əl-Ənbiya (s) Mərkəzi Qərargahının sözçüsü: ABŞ-nin gəmilərin Hörmüz boğazından normal şəkildə keçib-getməsi ilə bağlı əsassız iddiaları həmin ölkənin aciz və çıxılmaz vəziyyətdə olduğunu göstərir. İranın icazəsi və nəzarəti olmadan heç bir gəminin Hörmüz boğazından təhlükəsiz keçməsi mümkün deyil.

Xatəm əl-Ənbiya (s) Mərkəzi Qərargahının sözçüsü, polkovnik-leytenant İbrahim Zülfüqari 13 avqust 2026-cı il, cümə axşamı yaydığı mesajda vurğulayıb: İranın icazəsi və nəzarəti olmadan heç bir gəminin Hörmüz boğazından təhlükəsiz keçməsi mümkün deyil.

“Bildiririk ki, Hörmüz boğazı əvvəlki kimi tam şəkildə İran İslam Respublikasının idarəçiliyi və nəzarəti altındadır və İranın qüdrətli Silahlı Qüvvələrinin icazəsi və nəzarəti olmadan heç bir ticarət gəmisi və neft tankeri bu boğazdan təhlükəsiz şəkildə keçə bilməz və keçə bilməyəcək.

ABŞ-nin rəhbərləri və terrorçu ordusu keçmişdən bu günə qədər İran xalqının qüdrətini və müqavimətini, eləcə də İranın güclü Silahlı Qüvvələrində xidmət edən xalqın cəsur övladlarının əzmini yaxşı sınaqdan keçiriblər.

ABŞ daim regionda təxribat və qeyri-sabitlik yaratmağa çalışır. Həmin ölkənin heç bir əsası olmayan və etibarsız təhdidləri İran Silahlı Qüvvələrindəki İslamın qəhrəman döyüşçülərinin hərtərəfli və əvvəlkindən daha yüksək hazırlığı qarşısında onlar üçün daha böyük bədbəxtlik və acizlikdən başqa heç bir nəticə verməyəcək.

İran İslam Respublikasının şərəfli Silahlı Qüvvələri regionda düşmən ABŞ və sionistlərin bütün hərəkətlərini diqqətlə izləyir və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Ayətullah Seyid Müctəba Xameneinin hikmətli və uzaqgörən rəhbərliyi altında xalqın hüquqlarının, milli suverenliyin, İslam İnqilabının ideallarının və əziz İranımızın müdafiəsi istiqamətində zərrə qədər belə tərəddüd etməyib və etməyəcək. Onlar istənilən formada və istənilən səviyyədə təhdidə əvvəlkindən daha sarsıdıcı və daha sərt cavab verəcəklər.

Qələbə yalnız Qüdrətli və Hikmət sahibi olan Allahdandır.”