Bolqarıstanın Tryavna şəhəri yaxınlığında, Beliça kəndində yerləşən silah zavodunun sursat anbarlarından birində güclü partlayış baş verib.
Bu barədə Bolqarıstan Milli Televiziyası (BNT) məlumat yayıb.
Məlumata görə, hadisə yerinə Qabrovo vilayətinin yanğınsöndürən və polis əməkdaşları göndərilib. Ərazi mühasirəyə alınıb. Hazırda ölən və xəsarət alanlar barədə məlumat yoxdur.
İlkin məlumata görə, anbarlardan birində yük maşınının alışması nəticəsində yanğın baş verib, daha sonra partlayışlar qeydə alınıb. Ərazidən güclü tüstü qalxdığı, ikinci dərəcəli partlayışların eşidildiyi bildirilir.
Zavoddan təxminən 300 nəfər təxliyə edilib. Yaxın ərazidə yaşayan sakinlərə isə ehtiyat tədbiri olaraq pəncərələri bağlamaq tövsiyə olunub.
1992-ci ildə əsası qoyulan müəssisə Bolqarıstanın ən böyük istehsal obyektlərindən biridir.
Zavodda müxtəlif çaplı və modifikasiyalı artilleriya və tank sursatları, mərmilər, müxtəlif tip və çaplı minaatanlar, həmçinin artilleriya və tank sistemləri üçün nəzərdə tutulan lülələr istehsal olunur.
Bolqarıstanda silah zavodunda güclü partlayış olub, 300 nəfər təxliyə edilib