İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və İordaniyada yerləşən Amerika hərbi bazalarına hava hücumları təşkil edib. Bu barədə SEPAH-ın yaydığı rəsmi bəyanata bildirilir.
Məlumata görə, hücumlar nəticəsində İordaniyadakı “Əl-Əzraq” hərbi hava bazasında ABŞ ordusuna məxsus rabitə infrastrukturu və yanacaq çənləri hədəf alınıb. Küveytdəki “Əli əs-Salim” bazasında isə havadan müdafiəni təmin edən “Sİ-REM” (C-RAM) komplekslərinə aid radar sistemləri sıradan çıxarılıb.
Qeyd edək ki, bu hadisədən qabaq ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) regional gərginliklə bağlı açıqlama yaymışdı. Həmin bəyanatda ABŞ ordusunun İrana məxsus idarəetmə qərargahlarına, hava hücumundan müdafiə nöqtələrinə, eləcə də Bəndər-Abbas limanına cavab zərbələri endirdiyi bildirilirdi.
SEPAH İrana edilən hücuma cavab olaraq ABŞ bazalarına zərbələr endirib