Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayışda 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Suriyanın paytaxtı Dəməşqdə Ədalət Sarayının yaxınlığında yerləşən kafedə partlayış baş verib. Bu barədə Suriyanın dövlət televiziyası “Əl-İxbariyyə” məlumat yayıb.

Partlayış böyük əhatəni caynağına alıb. "Reuters" xəbər verir ki, partlayışda ölənlərin sayı 5-ə çatıb, daha 16 nəfər isə xəsarət alıb. Lakin ağır yaralıların olma səbəbindən ölü sayının artması ehtimalı vardır.

Hələlik hadisənin hansı qruplaşma tərəfindən törədilməsi ilə bağlı hər hansı bir məlumat yoxdur.