Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Avropa Komissiyasının prezidenti Ursula von der Leyeni Azərbaycana səfəri zamanı Bakı rəsmiləri ilə görüşlərində həbsdə olan jurnalistlərin azadlığa buraxılması məsələsini qaldırmağa çağırıb.
Təşkilat bildirib ki, hazırda Azərbaycanda “Abzas Media”, “Toplum TV”, “Meydan TV”, “Eurasianet” və “Azadlıq Radiosu” ilə əməkdaşlıq edənlər də daxil olmaqla, peşə fəaliyyətinə görə 24 jurnalist həbsdə saxlanılır.
Təşkilat bildirir ki, onlar jurnalist fəaliyyətinə görə təqiblərə məruz qalıb: “Ursula von der Leyen rəsmi Bakıdan jurnalist fəaliyyətinə görə qisas məqsədilə həbs edilən bütün jurnalistlərin azad olunmasına çağırmalıdır”.
Bəyanatda həbsdə olan jurnalistlərin adları və qısa bioqrafiyaları da təqdim olunub. CPJ Azərbaycanda media azadlığına təzyiqlərin davam etdiyini vurğulayaraq, jurnalistlərin peşə fəaliyyətinə görə cinayət təqibinə son qoyulmasına çağırıb.
Von der Leyen iyulun 1-də Azərbaycana işgüzar səfərə gəlib.
CPJ Ursula von der Leyendən həbsdə olan jurnalistlərin azadlığa buraxılması məsələsini qaldırmağa çağırıb