Göktaş şousundan sonra sosial mediada geniş müzakirə edilib və şoudan götürülmüş və X-də paylaşılan bəzi videolara giriş bloklanıb. "Ölü Dəniz" adlı stand-up şousu ilə gündəmə gələn komediyaçı Deniz Göktaşa qarşı "dini dəyərləri təhqir etmək" ittihamı ilə istintaq başladılıb.
Kolmediyaçı Harbiye Cemil Topuzlu “Açıq Hava Səhnəsi”ndə çıxış etdiyi şousunu YouTube-da yayımlayıb və video tezliklə milyonlarla baxış toplayıb.
T24-ün verdiyi məlumata görə, Göktaşın bu verilişdəki zarafatları ilə bağlı "dini dəyərləri təhqir etmək" ittihamı ilə ona qarşı istintaq başlandığı bildirilir.
Göktaş verilişdə Prezident Rəcəb Tayyib Ərdoğandan tutmuş həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna qədər çoxsaylı siyasətçilər haqqında zarafatlar etməsi ilə diqqət çəkib.
Ən son olaraq sosial mediada komediyaçının xaricə getməsi ilə bağlı iddialar ortaya çıxıb. Tənqidçilər isə ona qarşı başladılan araşdırmanın məhz ölkə prezidenti də daxil olmaqla bir çox nüfuzlu şəxslərlə bağlı səsləndirdiyi fikirlərin səbəb olduğu bildirilir.
Komediyaçı Deniz Göktaş "dini dəyərləri təhqir etmək"də ittiham edilir