Bakı Apellyasiya Məhkəməsi iyunun 25-də Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovun Xəzər Rayon Məhkəməsinin şərti azadlıqla bağlı qərarından şikayətinə baxıb. Hakim Fəhmin Hümbətovun sədrliyi ilə baş tutan iclasda protokol qaydalar dinlənildikdən sonra Razi Hümbətov çıxış üçün söz istəyib.
O, çıxışında zatən məhkəmənin ədalətli qərar verəcəyinə inanmasığını bildirib: “Məhkəmə o zaman ədalətli qərar verə bilər ki, o qanunun aliliyinə inansın. Təəssüf ki, bu günün Azərbaycan məhkəmələrinin böyük əksəriyyəti sifarişli qərarlar çıxarır deyə qanunun ruhunu belə hiss etmirlər. Eyniliklə sizin kimi. Ona görə də sizdən heç bir ədalətli qərar verəcəyinizi gözləmirəm.
Bununla belə burada çıxış etmək, günahsızlığımı, bütün inanclılar kimi mənim də şərlənərək həbs olduğumu bildirmək və bir gün haqqın öz yerini alacağı günün gerçəkləşəcəyi bir sabaha ümid və arzularımın olduğunu bildirmək istəyirəm.
Şəxsimə gəlincə isə Avropa Məhkəməsi barəmdə qaldırılan cinayət işi ilə bağlı qərar verərək mənim gühansızlığımı tanıyıb və hakimiyyətdən haqqımda bəraət verərək azad olunma qərarımı istəyib. Bunun icrasına sizin təbii ki, gücünüz çatmayacaq deyə icra edə bilməyəcəyinizə əminəm.”
Bundan sonra hakim məhkəmənin qərarını elan edib. O, Razi Hümbətov barəsində Xəzər Rayon Məhkəməsinin şərti azadlığa buraxılmağı məqbul bilməmə qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, Razi Kərrar oğlu Hümbətov 2021-ci il iyulun 7 də həbs olunub. Yaşadığı Ceyranbatan qəsəbəsində narkotiklərlə bağlı mübarizə aparan inanclı elə mübarizə apardığı qanunsuzluqla da üzləşib. 20 may 2022-ci ildə o, məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
R. Hümbətovun həbsinə səbəb sosial media üzərində paylaşdığı “İlham Əliyev xalq səni sevmir” başlıqla paylaşımın olunduğu bildirilir.
Razı Hümbətovun Apellyasiya məhkəməsi keçirilib