Tacikistan Prezidenti Emoməli Rəhmonla çox məhsuldar görüşümüz oldu. Biz bir çox sahələrdə həm ikitərəfli, həm də regional layihələri müzakirə etdik.
Bu sözləri Tacikistanda ilk dəfə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze Emoməli Rəhmonla görüşdən sonra keçirdiyi brifinqdə deyib.
Görüşdə ticarət-iqtisadi istiqamətdə əməkdaşlığımıza xüsusi diqqət yetirilib və iqtisadi sahədə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin çox vacib olduğu vurğulanıb.
“Həmçinin nəqliyyat və logistika əməkdaşlığının perspektivlərini müzakirə etdik. Orta Dəhlizin əhəmiyyətini vurğuladıq və bu istiqamətdə səylərin gücləndirilməsinin və əlavə yüklərin cəlb edilməsinin vacibliyini qeyd etdik”, – deyə Kobaxidze bildirib.
Kobaxidze: Gürcüstan və Tacikistan Orta Dəhliz üzrə əməkdaşlığı gücləndirəcək