İran İslami Şura Məclisinin (parlamentinin) sədri Məhəmməd Baqir Qalibaf dünyanın yeni bir beynəlxalq nizama doğru irəlilədiyini bəyan edib. Spikerin sözlərinə görə, İran xalqının 70 günlük müqaviməti bu transformasiya prosesini daha da sürətləndirib.
Parlament sədri özünün sosial şəbəkə hesabındakı paylaşımında Çin Xalq Respublikasının Sədri Si Cinpinin fikirlərinə istinad edərək, qlobal sistemdə böyük dəyişikliklərin baş verdiyini vurğulayıb.
Qalibaf ingilis dilində etdiyi paylaşımda bu ifadələrə yer verib: “Dünya yeni bir nizamın astanasındadır”.
Çin liderinin “bütün dünyada əsrlər boyu görünməmiş bir transformasiyanın sürətlə irəlilədiyi” barədə sözlərini xatırladan İran parlamenti rəhbəri, ölkə xalqının 70 gün ərzində nümayiş etdirdiyi qətiyyətin bu dəyişikliklərə əlavə təkan verdiyini qeyd edib.
Qalibaf bəyanatının sonunda “Gələcək Qlobal Cənubundur” ifadəsini işlədib.
Qalibaf: Dünya yeni bir beynəlxalq nizamın astanasındadır