Məlum “Nardaran hadisəsi”ndən sonra Bakının dənizkənarı bu kəndində siyasi gərginliyin hökm sürməsi heç kəs üçün gizli deyil. Zamanla bununla bağlı mətbuatda yer alan məlumatlar da artıq 11 ildir ki, Nardaranın giriş-çıxışlarının polis nəzarəti altında olması, kəndə daxil olan istənilən maşının yoxlanılması, sənədlərin təqdim edilməsi, illərin ötməsinə baxmayaraq, bu kəndi ciddi senzura altında saxlaması faktını təsdiq edir. Əlbəttə, bunun özünə məxsus səbəbləri var.
İlk səbəb Nardaranın yerli sakinləri, milli və dini adətləri, eyni halda bu kəndin qapalı mühitə malik olmasıdır. Heç zaman spirtli içki və narkotik vasitələrin satışı gerçəkləşməyən bu qəsəbədə dinə inanc əsas qayə olaraq cəmiyyətin qoruma kəməridir. Eyni halda milli məfkurə, adət və ənənələr, böyük-kiçik münasibətləri də Nardaranın koloridinin əsas aspektlərindəndir.
Şübhəsiz, bu, ölkədə dəyərlərin hədəfə alındığı bir ortamda təkcə iqtidarın deyil, Qərbin də daxil olduğu bir çox lobbiçilik maraqlarını həyata keçirən qruplaşmalar üçün narahatedici bir haldır. Zamanla Nardaran haqqında efirdən mediaya qədər səslənən onlarla əsassız ittihamların da səbəbi məhz budur.
Məlumat üçün yalnız bunu söyləmək yerinə düşər ki, 2015-ci ildə Nardaranda baş verən və 6 nəfərin öldürülməsi, yüzlərlə insanın həbsinə səbəb olan hadisə ilə bağlı mətbuatda “vətən xainləri” ittihamı ilə guya “İrana casusluq” kimi saxta qarayaxmalara baxmayaraq, bu hadisə zamanı və ondan sonra sürən bu 11 illik müddətdə bir nəfər belə bu kənddə nə casusluq, nə də vətənə xəyanət ittihamı ilə həbs edilən olmayıb. Bəllidir ki, bütün mətbuatı dolduran bu şou tipli xəbərlərin sətraltı qeydi dini və milli dəyərləri hədəfə alanların məkrli planı idi ki, bir bayraq altında birləşərək səfərbər olundu.
Digər bir səbəb isə bu ərazinin olduqca strateji, ekoloji və geniş, sağlam olması ilə bağlıdır. Bunun hesablanması səbəbindən 2000-ci illərin əvvəllərində hazırlanan Sea Breeze layihəsi bu gün də Nardaranın blokada səbəbi ilə polis nəzarətinə verilməsinə zəmin olan əsas məqamdır. Nardaran torpaqlarında gerçəkləşəcək kazino, əyləncə şəhərciyinə milli və dini təsirlər ən böyük maneə sayılırdı. Ona görə də əyləncə şəhərciyinin salınması ilə eyni vaxtda Nardaranda məlum dağıdıcı layihənin həyata keçirilmə planı 2015-ci ildə “Nardaran hadisəsi”ni ortaya qoydu ki, bundan sonra ciddi qadağalar və yerli camaatı məngənə altında saxlayaraq əzilmə siyasəti bu günə qədər sürür.
Təbii olaraq, ciddi qapalı mühit nə yerli camaatın səsini çıxarmasına imkan vermədiyi kimi, kənar şəxslərin də buradan hər hansı bir məlumatı öyrənib ictimailəşdirməsinə imkan verməyib. Burada mədəni quldarlığın hökm sürdüyü bir mühit qurularaq yerli camaatın tam etiraz hüququ bloklanıb. Bircə bunu söyləmək kifayətdir ki, dünyasını dəyişən istənilən şəxsin dəfn edilməsi üçün polis idarəsi icazə verməyənə qədər heç kəs cənazəni yerindən tərpədə bilməz.
İdarə isə dəfndə cənazə namazını qılan ruhanidən tutmuş ritualda iştirak edən insanların sayına qədər hər şeyin dəqiqləşdirilməsini elə formada həyata keçirir ki, sanki bu dünyadan o dünyaya cənazə deyil, qadağan olunmuş kontrabanda göndərilir.
Yalnız dəfnin belə qadağalarla üzləşməsi digər hadisələrə baxışın hansı formada olması təsəvvürünü yarada bilər. Bütün bunlar bu qəsəbənin yaşam tərzinə ciddi, ağır zərbələr vuraraq yerli camaatın yaşayışını ağırlaşdırır. Bu isə öz növbəsində aborigen sakinlərin ərazini tərk etməsi, zamanla qorunan dəyərlərin, dinin və milli düşüncənin dağıdılmasına xidmət edir. Eyni halda ərazini öz təsiri altına salan Sea Breeze layihəsinin gerçəkləşməsinə zəmin yaradır.
Hal-hazırda Nardaran ciddi blokada altında artıq 11 ildir ki, mənəvi, psixoloji və maddi əziyyət çəkir və görünən budur ki, bu tendensiya ilə mövcud vəziyyətin müsbətə doğru dəyişməsinə hər hansı bir ümid yoxdur.
️Nardaranda polis postlarının sirri