Əl-Mayadin: Əli əz-Zeydi İraq Baş naziri vəzifəsinə namizəd göstəriləcək

Əl-Mayadin kanalı Koordinasiya Çərçivəsinin liderlərinin Əli əz-Zeydinin İraq Baş naziri vəzifəsinə namizəd göstərilməsi barədə razılığa gəldiyini bildirib.

Əl-Mayadin-in Bağdad müxbiri Koordinasiya Çərçivəsi daxilindəki mənbəyə istinadən bildirib ki, bu alyansın bu axşam konsensus namizədini rəsmi olaraq elan etmək üçün görüş keçirməyə hazırlaşır.

Yuxarıda adı çəkilən İraqın yüksək vəzifəli siyasi mənbəyi bildirib ki, "Əli əz-Zeydinin Baş nazir vəzifəsinə namizəd göstərilməsi barədə razılığa gəlinib".

Məlumatda həmçinin bildirilir ki, Məhəmməd Şia əl-Sudani, Nuri əl-Maliki və Faleh əl-Fəyyad da daxil olmaqla Koordinasiya Çərçivəsinin liderləri Zeydini hökumət başçısı təyin etmək barədə razılığa gəliblər.

Əl-Mayadin Bağdad bürosunun rəhbəri bildirib ki, son iki gündə Həşd əl-Şabi lideri Faleh əl-Feyyadın evində keçirilən görüşlərdə iştirakçılar Zeydi ilə bağlı ortaq məxrəcə gəliblər.

Məlumata görə, bu razılaşmadan sonra Koordinasiya Çərçivəsi Zeydinin adını hökumət qurmaq üçün prezidentə təqdim edəcək.

İraq baş naziri vəzifəsinə təklif olunan namizəd maliyyə və bankçılıq üzrə magistr dərəcəsinə malik Əli Falih Kazım əz-Zeydidir. Zeydi əvvəllər Southern Bank Direktorlar Şurasının sədri vəzifəsində çalışıb; hazırda o, Əl-Şaab Universitetinin Direktorlar Şurasının sədri və İraq Vəkillər Kollegiyasının üzvüdür.