Beynəlxalq hüquq müdafiəçisi Florian İrmingerə Azərbaycana səfər üçün viza verilmədiyi bildirilir. Məlumata görə, o, ölkədə davam edən məhkəmə proseslərini izləmək üçün Bakıya gəlməyi planlaşdırırdı
Beynəlxalq hüquq müdafiəçisi Florian İrmingerə Azərbaycana səfər etməyə icazə verilmədiyi bildirilir.
Bu barədə azərbaycanlı hüquq müdafiəçiləri “Abzas Media”ya məlumat veriblər.
Məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrmingerə viza verməkdən imtina edib. Bununla bağlı hüquq müdafiəçisinə aprelin 16-da rəsmi e-mail göndərildiyi qeyd olunur.
Sənəddə imtinanın səbəbləri açıqlanmayıb. Bununla belə, hüquq müdafiəçiləri İrmingerin Azərbaycanda hüquq müdafiəsi və ictimai fəaliyyəti ilə əlaqədar ölkəyə buraxılmadığını ehtimal edirlər.
Bildirilir ki, Florian İrminger Azərbaycanda hazırda davam edən jurnalist məhkəmələrini, həmçinin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədlinin məhkəmə prosesini izləmək üçün ölkəyə gəlməyi planlaşdırırdı.
Florian İrminger daha əvvəl İnsan Haqları Evi Fondunun Cenevrə nümayəndəliyi və Penal Reform International kimi bir sıra təşkilatlarda rəhbər vəzifələrdə çalışıb. O, 2024-cü ilin noyabrında Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri Konfransı (COP29) zamanı “İqlim üçün ədalət” kampaniyasının koordinatoru olub və Azərbaycanda siyasi məhbuslarla bağlı məsələləri gündəmə gətirib.
İrminger hazırda "Progress & Change Partnerships"
təşkilatında direktor vəzifəsini icra edir. O, eyni zamanda “Azərbaycanda repressiyalara son qoyulması üzrə kampaniya”nın koordinatorlarından biri kimi də fəaliyyət göstərir.
Beynəlxalq hüquq müdafiəçisinin Azərbaycana səfərinə icazə verilmədiyi bildirilir