Donald Tramp İsrail və Livanın 10 günlük atəşkəs barədə razılığa gəldiyini bildirib.
Bu barədə Tramp sosial media hesabında yazıb.
ABŞ prezidenti Livan və İsrailin saat 17:00-da qüvvəyə minəcək 10 günlük atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.
O, həm Livan prezidenti, həm də İsrailin baş naziri ilə danışdığını bildirib:
“Mən indicə Livanın çox hörmətli prezidenti Cozef Aun və İsrailin Baş naziri Netanyahu ilə gözəl bir söhbət etdim. İki lider ölkələri arasında sülhə nail olmaq üçün saat 17:00-dan başlayaraq rəsmi olaraq 10 günlük atəşkəsə başlamaq barədə razılığa gəldilər.
Çərşənbə axşamı iki ölkə 34 ildən sonra ilk dəfə Vaşinqtonda, möhtəşəm dövlət katibimiz Marko Rubio ilə görüşdü.
Mən vitse-prezident Cey Di Vensə, dövlət katibi Marko Rubioya və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə İsrail və Livanla davamlı sülhə nail olmaq üçün işləməyi tapşırmışam.
Dünyadakı 9 müharibəni həll etmək mənim üçün şərəf olub və bu, onuncu müharibə olacaq, ona görə də gəlin bunu edək!", - deyə qeyd edib.
Başqa bir paylaşımda Tramp Aun və Netanyahunu Vaşinqtona dəvət edəcəyini və bunun "1983-cü ildən bəri İsrail və Livan arasında ilk mənalı danışıqlar" olacağını bildirib.
İsrail və Livan 10 günlük atəşkəs barədə razılığa gəliblər