İtaliya Yaxın Şərq əməliyyatlarına qatılmaq üçün regiona uçan ABŞ hərbi təyyarəsinin Siciliyadakı “Siqonella” bazasına enməsinə icazə verməyib.
Bu barədə “Reuters“ məsələdən xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ bombardmançı təyyarəsi Yaxın Şərqə uçuşu zamanı bazaya enməli olub. Mənbə bildirib ki, ABŞ əvvəlcədən enişə rəsmi icazə üçün müraciət etməyib və İtaliyanın hərbi rəhbərliyi ilə məsləhətləşmələr aparılmayıb. Bu, ölkədəki ABŞ hərbi obyektlərinin istifadəsini tənzimləyən müqavilələrə zidd olduğundan enişə icazə verilməyib.
İtaliya ABŞ hərbi təyyarəsinin Siciliyaya enişinə icazə verməyib