İsrail Livanda daha 3 jurnalisti qətlə yetirdi

Şənbə günü İsrailin hava zərbəsi nəticəsində Cənubi Livanın Jezzine şəhəri yaxınlığında jurnalistlərin olduğu avtomobil hədəfə alınıb və üç jurnalist həlak olub. Bu barədə Reuters agentliyi məlumat verib.
Həlak olanlar arasında Al-Manar TV-nin müxbiri Əli Şuayb, Al-Mayadeen telekanalının müxbiri Fatimə Fatuni və bir operator var.
İsrail ordusu yaydığı açıqlamada Əli Şuaybın öldürüldüyünü təsdiqləyib, lakin digər iki jurnalistin ölümü ilə bağlı şərh verməyib.
Xəbər agentliyinin məlumatına görə, İsrail şənbə günü səhərdən etibarən Livanın 42 qəsəbə, şəhər və bölgəsinə, əsasən cənub hissələrinə hava zərbələri və artilleriya hücumları həyata keçirib.
Martın 2-də başlayan İsrailin Livana qarşı hücumları nəticəsində Livan Səhiyyə Nazirliyinin son məlumatına əsasən 1,142 nəfər həyatını itirib, 3,315 nəfər isə yaralanıb.