Almaniya kansleri Fridrix Merz bildirib ki, İran ətrafında baş verən münaqişə NATO müharibəsi hesab edilmir.
Bu barədə FAZ nəşri məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp da bu qənaətə gəlib və Vaşinqton bu mövqeni qəbul edib.
Merts qeyd edib ki, ABŞ-ın hazırkı addımları deeskalasiya deyil, əksinə, vəziyyətin daha da gərginləşməsinə səbəb olur.
“Trampın hazırda etdikləri sülhə gətirmir, bu, nəticəsi qeyri-müəyyən olan ciddi eskalasiyadır”, – deyə kansler bildirib.
O əlavə edib ki, Trampla son telefon danışığı fikir ayrılıqları fonunda keçib.
“Əgər bizim köməyimizi istəyirsənsə, bunu əvvəlcədən deməlisən, sonradan mətbuat vasitəsilə yox”, – deyə Mer vurğulayıb.
Kansler həmçinin qeyd edib ki, Tramp bir neçə dəfə NATO-nun dəstəyinə ehtiyac duymadığını bildirib.
Merz: İran ətrafındakı münaqişə NATO müharibəsi deyil